Erməni zabit Qarabağda minaya düşdü

15:37 - 5 Noyabr 2022 - HADİSƏ

Qanunsuz erməni silahlı dəstəsinin üzvü minaya düşüb.

Bu barədə erməni mətbuatında məlumat yer alıb.

Belə ki, Ağdərə istiqamətində yerləşən qanunsuz erməni silahlı dəstəsinin zabiti piyada əleyhinə minaya düşərək ağır yaralanıb.

Xankəndindəki hospitala yerləşdirilən hərbçinin sağ ayağı amputasiya edilib.///unikal

Xəbər xətti