Xaçmazda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

14:31 - 5 Noyabr 2022 - HADİSƏ

Xaçmazda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə şəhərin Zərifə Əliyeva prospektində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobil hərəkətdə olan "Mercedes" markalı avtomobilə çırpılıb.

Nəticədə rayon sakinləri - 2003-cü il təvəllüdlü Mirbaba Elnur oglu Hacıyev, 2005-ci il təvəllüdlü Emin Muxtar oglu Şabətdinov, 2003-cü il təvəllüdlü Ramil Qərib oglu Abdullayev və 2004-cü il təvəllüdlü Nihad Cavid oglu Əlimirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti