“Dostluq” kinoteatrı yaxınlığında tüfeyli həyat tərzi keçirənlər saxlanılıblar - FOTO

14:12 - 5 Noyabr 2022 - HADİSƏ

Paytaxtın Nəsimi rayonunda Hüseynqulu Sarabski 109F ünvanında tüfeyli həyat tərzi keçirən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Bu barədə Oxu.Az-a DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

Məlumata görə, Nəsimi RPİ əməkdaşlarının keçirdiyi tədbirlərlə əvvəllər məhkum olunan 1979-cu il təvəllüdlü Coşqun Quliyev, 1989-cu il təvəllüdlü Rəşad Cavadov cinayət məsuliyyətinə cəlb ediliblər. Onların üzərindən müxtəlif çəkidə narkotik vasitə olan heroin aşkarlanıb. 

Onlar barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb. 

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, “Dostluq” kinoteatrının yaxınlığında yerləşən və dağılmaq üzrə olan tikilinin narkomanlar üçün tiryəkxanaya çevrildiyi barədə məlumat vermişdik. 


Xəbər xətti