Sumqayıt sakinini aldadaraq hesabına 2 000 manat ödətdirən şəxs saxlanıldı

13:11 - 5 Noyabr 2022 - HADİSƏ

Sumqayıt sakinini aldadaraq hesabına 2 000 manat ödətdirən şəxs tutulub.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə bir nəfərin Sumqayıt şəhər sakini E.Mikayılovu aldadaraq hesabına 2 000 manat ödətdirməsi barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramil Qasımov müəyyən olunaraq saxlanılıb.

Məsələ ilə bağlı araşdırma aparılır.

Xəbər xətti