Gəncədə evdə partlayış olub, xəsarət alan var

10:44 - 5 Noyabr 2022 - HADİSƏ

Gəncədə evdə partlayış olub.

APA-nın məlumatına görə, şəhər sakini, 1971-ci il təvəllüdlü M.Ələkbərova yaşadığı evdə qaz sobasını yandıran zaman partlayışı baş verib.

Qadın bədəninin müxtəlif yerlərinin 1 və 2-ci dərəcəli termiki yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Xəbər xətti