Fərrux yüksəkliyində əməliyyatı DTX keçiribmiş ...

07:49 - 5 Noyabr 2022 - ÖLKƏ İÇİ

Ağır məğlubiyyətdən dərs çıxarmayan erməni silahlı birləşmələri Vətən müharibəsindən sonrakı dövrlərdə təxribatlar törətməyə cəhd edib.

Ucnoqta.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev “Azərbaycan” qəzetində dərc edilən “44 günə fəth olunan zəfər zirvəsi” adlı yazısında qeyd edib.

“Müharibədən sonrakı dövrlərdə ağır məğlubiyyətdən dərs çıxarmayan erməni silahlı birləşmələrinin törətdikləri təxribatların qarşısının alınması məqsədilə 2020-ci ilin dekabr ayında Xocavənd rayonunun Hadrut qəsəbəsində və 2022-ci ilin mart ayında Xocalı rayonunun Fərrux yüksəkliyində Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı qüvvələrinin keçirdikləri uğurlu antiterror əməliyyatları, həmçinin 2021-ci ilin may ayında Kəlbəcər rayonunun Dəmirdağ yüksəkliyində Azərbaycan Ordusunun təminat yollarını minalayan Ermənistanın kəşfiyyat-diversiya qrupunun terrorçuluq fəaliyyətinin qarşısının alınması əməliyyatı da xüsusilə qeyd edilməlidir”.

Xəbər xətti