Qəbələdə məktəbdə yanğın olub

18:50 - 3 Noyabr 2022 - HADİSƏ

Qəbələdə məktəbdə yanğın olub.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonunun Soltannuxa kəndində ümumi sahəsi 250 m² olan birmərtəbəli kənd tam orta məktəb binasının sahəsi 26 m² olan sinif otağında döşəmə 10 m² sahədə yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti