Tovuz sakini Bakıda kirayə qaldığı evdə intihar etdi

09:28 - 3 Noyabr 2022 - HADİSƏ

Tovuz rayon sakini Bakıda kirayə qaldığı evdə intihar edib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, C.Naxçıvanski küçəsində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Məmmədov Röyal Yaşar oğlu kirayədə yaşadığı evin mətbəx otağında qaz borusuna keçirilmiş iplə boğazından asaraq özünü öldürüb.

Həmin şəxsin "8 km bazarı"nda meyvə-tərəvəz satışı ilə məşğul olduğu bildirilib.

Hadisə ilə bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti