Göyçayda avtomobil 8 yaşlı uşağı vuraraq öldürüb

15:44 - 2 Noyabr 2022 - HADİSƏ

Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Elçin Hüseynov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Göyçay şəhəri ərazisində hərəkətdə olarkən yolu keçən piyada, 2014-cü il təvəllüdlü N.Qurbanzadəni vurub.

Xəstəxanaya yerləşdirilən azyaşlı orada ölüb.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti