Şabranda qanunsuz ov edən şəxslər saxlanıldı

12:13 - 2 Noyabr 2022 - HADİSƏ

Şabranda qanunsuz ov edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən Heydər İbrahimov və Ədalət Rəsulov saxlanılıblar.

Həmin şəxslərdən 1 ədəd sənədsiz "İJ" markalı 12 çaplı ov tüfəngi və qanunsuz olaraq ovladıqları çöl dovşanı aşkar edilib.
Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

 

Xəbər xətti