Gəncədə iki maşın toqquşub, 3 nəfər xəsarət alıb

18:50 - 1 Noyabr 2022 - HADİSƏ

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, şəhərdə hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanların 1968-ci il təvəllüdlü Etibar Həsənov, 1967-ci il təvəllüdlü Asəf Səmədov və 1966-cı il təvəllüdlü Musa Həsənov olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti