Ordumuzun hərbçisi dəm qazından boğulub? - MN-dən AÇIQLAMA (YENİLƏNİB)

17:48 - 1 Noyabr 2022 - HADİSƏ

Azərbaycan Ordusunun hərbçisi dəm qazından boğulmayıb.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Ordusunun hərbi qulluqçusu Yusifli Seymur Teymur oğlunun dəm qazından boğularaq vəfat etməsi barədə məlumat yayılıb.

 

Bildiririk ki, Müdafiə Nazirliyinin bazasında qeyd olunan ad və soyadda Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçu mövcud deyil.

Kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq", - məlumatda qeyd edilib.

17:25

Sumqayıtda dəm qazından boğularaq ölən hərbçinin Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu olduğu məlum olub.


APA xəbər verir ki, Şəki şəhər sakini, 2001-ci il təvəllüdlü DSX hərbçisi Yusifli Seymur Teymur oğlu xidmətdən kənarda, Sumqayıtda yaşadığı evdə dəm qazından boğulub.

16:10

Sumqayıtda dəm qazından boğulma faktı baş verib.

APA xəbər verir ki, hadisə ötən gecə qeydə alınıb.
Məlumata görə, Şəki şəhər sakini, 2001-ci il təvəllüdlü Yusifli Seymur Teymur oğlu kirayədə yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qeyd olunan faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Məlumata görə, Seymur Yusifli Azərbaycan Ordusunun çavuşu olub.

Xəbər xətti