Şəkidə ana və 7 yaşlı qızını maşın vurub

15:23 - 1 Noyabr 2022 - HADİSƏ

Şəkidə ana və azyaşlı övladını avtomobil vurub.

Hadisə bu gün səhər saatlarında Şəki şəhəri M.F.Axundov prospektində baş verib. Rayon sakini Tural Məmmədov idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə şəhər sakinləri - 1988-ci il təvəllüdlü Nahidə Rəsul qızı Rəhimova və onun 7 yaşlı övladı Yağmur Vüsal qızı Rəhimzadəni vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan N. Rəhimova və qızı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Hadisə baş verən zaman N. Rəhimova övladını məktəbə aparırmış.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.///apa

Xəbər xətti