Qazaxda 58 yaşlı kişi itkin düşüb - FOTO

10:25 - 1 Noyabr 2022 - HADİSƏ

Qazaxda itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Qazax rayon Aslanbəyli kənd sakini, 1964-cü il təvəllüdlü Oruc Nəsibovun cari ilin aprel ayının 30-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. O. Nəsibovun əlamətləri belədir: Boyu 175-180 sm, sarışın, arıq bədən quruluşludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-295-14-97 şəhər və (055) 275-74-74 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbər xətti