Mingəçevirdə 18 yaşlı sürücü piyadanı vuraraq öldürdü

09:33 - 1 Noyabr 2022 - HADİSƏ

Mingəçevirdə ölümlə nəticələnən yol qəzası baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü Bahadur Hüseynov idarə etdiyi "Ford Transit" markalı avtomobillə yolu keçmək istəyən 1992-ci il təvəllüdlü Əflatun Məhərrəmovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Xəbər xətti