Kafedə iki nəfəri güllələyən şəxs saxlanıldı

17:13 - 31 Oktyabr 2022 - HADİSƏ

Bərdədə iki nəfəri güllələyən şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupununun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Rəcəb Məmmədovun yeri müəyyən edilərək saxlanılıb və ondan istifadə etdiyi ov tüfəngi də götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti