Masallıda şadlıq sarayında soyğun baş verib

16:46 - 31 Oktyabr 2022 - HADİSƏ

Masallı rayonunda restoranların birində soyğunçuluq hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, oktyabrın 29-da Masallı şəhəri ərazisində yerləşən “İlqar plaza” şadlıq sarayında nəməlum şəxs 1972-ci il təvəllüdlü Əlövsət Əhmədova hücum edib. Həmin şəxs 50 yaşlı kişinin 200 manat pulunu açıq talama yolu ilə alaraq uzaqlaşıb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsinə müraciət edilib, araşdırma aparılır.

 

Xəbər xətti