Küçədə 60 yaşlı kişinin meyiti tapıldı

15:55 - 31 Oktyabr 2022 - HADİSƏ

Bakıda küçədə meyit tapılıb.

Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

Küçədən tapılan meyit müayinə edilib. Onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Araşdırmalar zamanı meyiti tapılan şəxsin Cəlilabad sakini 60 yaşlı Əhmədağa Həsənov olduğu müəyyən edilib.

Onun ölümünün səbəbləri məlum deyil.

Faktla bağlı araşdırmalar aparılır.

 

Xəbər xətti