"Toyun səhəri günü eşq bitir" - Cavanşir Quliyev

15:15 - 31 Oktyabr 2022 - MAQAZİN

"Toyun səhəri günü eşq bitir. Həyat başlayır... Qızın dərrakəsi varsa, anlayır ki, həyat bulvarda gəzmək deyil. Həyatın başqa tərəfləri var".

Ucnoqta.az xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, məşhur bəstəkar Cavanşir Quliyev "Açıq söhbət" proqramında deyib. Bəstəkar gənc ailələrin tez dağılmasından danışıb. 

"Mənə deyirdilər ki, tək yaşayırsan, məhəbbət mahnılarını necə yazırsan? Eşq vəziyyətini içimdə yaradıram. Mən də eşq yaşamaq istəyirdim, amma olmadı. Olmayanda olmur" deyə, C.Quliyev sevgi həyatından söz açıb. 

"Qadın xəyanəti bilsə, bağışlamalıdırmı" sualına C.Quliyev belə cavab verib: "Bağışlamamalıdır. Xəyanət kişilərin qüsurudur. İnsanda çox qüsur var. Ehtirasımız daha güclü çıxır. Ehtiras düşüncəni üstələyir. Qadın çox şey istəmir, yanlış kişilərdədir. Özlərinin evdə rəis olduğunu sübut etməyə çalışırlar. Amma bəzi halda qərarı qadın verməlidir".///unikal

Xəbər xətti