Bakıda gənc oğlan özünü binadan atdı

13:28 - 31 Oktyabr 2022 - HADİSƏ

Bakıda gənc oğlan özünü 9-cu mərtəbədən atıb.

Oktyabrın 30-da Fərəcov Murad Abbasəli oğlu yaşadığı Nəsimi rayon, A.Mustafayev küçəsində yerləşən 10 nömrəli binanın 9-cu mərtəbəsində olan 36 saylı mənzilin yataq otağının pəncərəsindən özünü atıb.

Nəticədə Fərəcov Murad müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, 1 nömrəli Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

İlkin müayinə nəticəsində Murad Fərəcovda bud çanağının sınığı, kəllə-beyin travması, sağ qabırğanın sınığı, ağciyər zədələnməsi aşkar edilib.

Murad Fərəcov komadadır, danışa bilmir.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti