Bakıda poçtdan pul və lotereya biletləri oğurlandı

11:47 - 31 Oktyabr 2022 - HADİSƏ

Bakıda poçtdan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 29-da rayon ərazisindəki poçtların birindən 1040 manat pul və 2600 manat dəyərində lotereya biletləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İlqar Knyazov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır. 

Xəbər xətti