Tanınmış aktrisa Yeva Elvida Məmmədova iş adamları, məmurlar və bir neçə media nümayəndəsindən evlilik təklifi aldığını etirf edib.
Ucnoqta.az-a danışan aktrisa gələn təkliflərin hamısını rədd etdiyini deyib.
"Normal olaraq film setlərində, tədbirlərdə çox oluram. Düzdür, dəvət olunduğum məkanların hər birinə vaxt edib gedə bilmirəm. İş təklifləri çox alıram. Demək olar ki, hər sahədən iş təklifi almışam. Mən sərbəstliyi sevən insanam, ona görə də, daimi olaraq bir yerdə işləyə bilmirəm. Hazırda layihələrim üzərində işləyirəm. Bir sözlə öz işimi qururam. "Dostum Qardaşım" filminin çəkilişləri də bitdi. Dekabr ayında daha bir filmimizin qala gecəsini təşkil edəcəyik. Amma bu barədə məlumat bu qədər bəs edər (gülür). Azərbaycanda baxdıqca baxacağınız filmin təqdimat mərasiminə hazırlaşırıq. Qarşılardakı həftələrdə bu barədə məlumat verəcəyik", - deyə o, bildirib.
Şəxsi həyatından qısa danışan Yeva etiraflar etdi:
"Sənət yoldaşlarımın bəziləri açıqlamar verəndə ilk olaraq "həci" sevgilisindən danışır. Mən əsasən iş həyatım barədə dnışmağı üstün tuturam. Etiraf edim ki, mənə də iş adamlarından təkliflər gəlir. Hətta məmurlardan evlilik təklifi almışam. Sevgilim yoxdur. Olacaqsa da ciddi olacaq. Dəyərli vaxtımı ciddi olmayan münasibətlərə xərcləməyi sevən birisi deyiləm (gülür). Evlilik təklifi edənlər arasında məmur da var, jurnalist də. Hətta iki aktyordan da ciddi münasibət qurmaq təklifi almışam".