Azərbaycanda daha bir zəlzələ oldu

11:00 - 30 Oktyabr 2022 - ÖLKƏ İÇİ

Bu gün Pirqulu stansiyasından 47 km cənubda, Qobustan rayonunda zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Ucnoqta.az-a bildirilib ki, yerli vaxtla saat 08:08-də qeydə alınmış zəlzələnin ocağı 4 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb. Zəlzələnin maqnitudası 3,1-ə bərabər olub.

Qeyd edək ki, ötən gün də yerli vaxtla saat 17:50-də Pirqulu stansiyasından 44 km cənubda Qobustan rayonu ərazisində zəlzələ qeydə alınıb.

Xəbər xətti