Qazaxda avtomobil qəzası olub, xəsarət alanlar var

21:12 - 29 Oktyabr 2022 - HADİSƏ

Qazaxın Xanlıqlar kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 2000-ci il təvəllüdlü Q.Vəlizadə, T.Quliyev və daha bir nəfər xəsarət alıb.

Yaralılar Qazax Mərkəzi rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti