Bakıda avtomobil evakuatora çırpılıb, yaralanan var
17:55 - 29 Oktyabr 2022 - HADİSƏ
Bakının Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Qala-Pirallahı yolunda qeydə alınıb.
Yüksək sürətlə hərəkət edən "KİA" markalı minik avtomobili evakuatora çırpılıb.
Qəza nəticəsində minik avtomobilinin qadın sürücüsü ağır xəsarət alıb.
Bakl şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, hadisə yerinə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır.