Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı müğənni Doğuşla toyunda geyindiyi gəlinliyi satacaq.
Bu barədə o, “Günaydın, Azərbaycan” proqramında məlumat verib.
Əvvəlcə Doğuş xanımının toy libasının qiymətinin 11 min dollar olduğunu açıqlayıb.
Efirə sığınacaqdan uşaqları çağıran X. Hidayətqızı “Onun üzərindəki daşlar əl işləridir. Doğuşun bir dostu var idi, o, hazırlamışdı. Mən bu uşaqları görəndə düşündüm ki, gəlinliyi satım. Pulunu isə uşaq sığınacağına bağışlayacam. Libas auksiona qoyulacaq”, - deyə, bildirib.