Aparıcı Xoşqədəm Hidayətqızı və həyat yoldaşı məşhur türkiyəli müğənni Doğuşun "Günaydın, Azərbaycan" adlı proqramının bu gün ilk bölümü yayımlanıb.
Ucnoqta.az xəbər verir ki, verilişdə cütlüyün əkizləri, Xoşqədəm Hidayətqızının valideynləri və valideyn himayəsindən məhrum olan uşaqlar yer alıb.
Uşaqlardan bir neçəsinin arzusunun analarını görmək olduğunu deməsi Doğuşu kövrəldib.
"Ən həssas yerimdir. Deyirlər, kişi adam ağlamaz. Vicdanlı və mərhəmətli adam ağlayar. Övladınıza necə qıyıb atırsınız? İnana bilmirəm. Övladımın saçının telinə zərər gəlsə, dünyanı dağıdaram. Necə atasınız, anasınız, rahat yatağınızda necə yatırsınız?" deyə, ifaçı bildirib.
///axsam.az