Azərbaycanda zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Ucnoqta.az-a verilən xəbərə görə, yerli vaxtla saat 11:09-də Gəncə stansiyasından 41 km cənubda Goranboy rayonunda zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 3, dərinliyi 10 km olub. Zəlzələ hiss olunmayıb.