Ağcabədidə 3 otaqlı ev yandı

20:09 - 27 Oktyabr 2022 - HADİSƏ

Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində ümumi sahəsi 195 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının, mətbəxinin yanar konstruksiyaları 52 m² sahədə və dam örtüyü yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti