Bakıda saxta polis saxlanıldı - FOTO

18:20 - 27 Oktyabr 2022 - HADİSƏ

Paytaxt parklarında istirahət edən şəxslərə yaxınlaşaraq özünü polis əməliyyatçısı kimi aparıb pul tələb edən şəxs müəyyən olunub.

Bu barədə Ucnoqta.az-a DİN-dən bildirilib.

Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə 1987-ci il təvəllüdlü Rəsul Əliyev tutularaq məsuliyyətə cəlb edilib.


Araşdırmalar davam etdirilir.

Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə 102 - Zəng Mərkəzinə, eləcə də Nərimanov Rayon Polis İdarəsinə, yaxud 18-ci Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.


Xəbər xətti