Bakının mərkəzindəki yanğın söndürüldü - VİDEO

18:53 - 27 Oktyabr 2022 - HADİSƏ

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində – “Qış parkı”nın yaxınlığında yerləşən tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən yanğın qısa müddətdə söndürülüb. Hadisəyə operativ müdaxilə sayəsində alovun genişlənərək bitişik tikililərə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində ilkin məlumata əsasən, vətəndaşa məxsus ümumi sahəsi 30kv.m olan ikiotaqlı evin dam örtüyü 6kv.m və təsərrüfat otağının yanar konstruksiyaları 20kv.m sahədə yanıb. Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə edilib.

 

Xəbər xətti