Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı və müğənni həyat yoldaşı Doğuş ARB TV-də yeni veriliş aparacaqlar.
Ucnoqta.az xəbər verir ki, “Günaydın, Azərbaycan” adlı proqramın ilk buraxılışı oktyabrın 29-da efirə gedəcək.
Veriliş cütlüyün evindən canlı yayımlanacaq.
Qeyd edək ki, eyni zamanda X. Hidayətqızının “Səni axtarıram” verilişi həftəiçi yayımını davam etdirəcək.