"Ermənistanın hərbi cinayətlərinin cəzasızlığına son qoyulmalıdır" - XİN

14:00 - 27 Oktyabr 2022 - SİYASƏT

“Ermənistanın hərbi cinayətlərinin cəzasızlığına son qoyulmalıdır”.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2020-ci il oktyabrın 27-28-də Bərdədə törədilmiş terrorla bağlı paylaşımında bildirilib:

​“İki il öncə, 27-28 oktyabr tarixlərində Ermənistan atəşkəsi pozaraq Bərdəni kasetli raketlərlə bombaladı. 2 yaşlı qız da daxil olmaqla 27 nəfəri qətlə yetirən və 70-dən çox adamı yaralayan bu hücum 2020-ci il müharibəsində mülki əhaliyə qarşı ən ölümcül hücum idi. Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı cəzasızlığına son verilməlidir”, - paylaşımda qeyd olunub.

Xəbər xətti