Ucnoqta.az
www.ucnoqta.az

"Ermənistanın hərbi cinayətlərinin cəzasızlığına son qoyulmalıdır" - <font color=red><b>XİN</b></font>

14:00 - 27 Oktyabr 2022 tarixində dərc olunub.

“Ermənistanın hərbi cinayətlərinin cəzasızlığına son qoyulmalıdır”.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2020-ci il oktyabrın 27-28-də Bərdədə törədilmiş terrorla bağlı paylaşımında bildirilib:

​“İki il öncə, 27-28 oktyabr tarixlərində Ermənistan atəşkəsi pozaraq Bərdəni kasetli raketlərlə bombaladı. 2 yaşlı qız da daxil olmaqla 27 nəfəri qətlə yetirən və 70-dən çox adamı yaralayan bu hücum 2020-ci il müharibəsində mülki əhaliyə qarşı ən ölümcül hücum idi. Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı cəzasızlığına son verilməlidir”, - paylaşımda qeyd olunub.

2 y. ago on 27-28 Oct, #Armenia violating the ceasefire, bombed #Barda with cluster munition rockets. It was the deadliest 2020-war attacks against civilians that killed 27, incl. 2 years-old girl, & wounded 70+ people. Armenia’s impunity agnst committed war crimes must be ended. pic.twitter.com/JiR848KBcq

— MFA Azerbaijan
Müəllif: