17 yaşlı qız gözəllik salonundan çıxaraq itkin düşüb

09:15 - 27 Oktyabr 2022 - HADİSƏ

Masallıda 17 yaşlı qız gözəllik salonundan çıxaraq itkin düşüb. "Report" xəbər verir ki, hadisə oktyabrın 25-də rayon ərazisində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Hacıyeva Yeganə Ramin qızı işlədiyi gözəllik salonundan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti