Mina boşanmağa hazırlaşdığı əriylə tanışlığından danışdı - VİDEO

21:30 - 26 Oktyabr 2022 - MAQAZİN

Müğənni Mina Hüseyn boşanma prosesində olduğu əri ilə tanışlığından danışıb.

Ucnoqta.az axşam.az-a istinadən xəbər verir ki, "Həmin Zaur" proqramında qonaq olan ifaçı həyat yoldaşı Sərxanın onunla evlənmək üçün dəfələrlə xəbər göndərdiyini bildirib:

"Bir xanımın vasitəçiliyi ilə tanış olmuşduq. O insan özü bəyənmişdi məni. Dəfələrlə həmin xanıma demişdi ki, Minadan xoşum gəlir, onunla evlənmək istəyirəm. Amma xasiyyətimiz uyğun gəlmədi".

Qeyd edək ki, Mina həyat yoldaşı ilə martda ailə qurmuşdu. Müğənni bu ayın əvvəlində ərindən ayrıldığını bildirib. Minanın boşanmasına səbəb isə ərinin ona yalanlar danışması, özünü imkanlı şəxs kimi təqdim etməsi olub.

 

Xəbər xətti