Evlərdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı

20:18 - 26 Oktyabr 2022 - HADİSƏ

Tovuzda iki ev qarət olunub.

Ucnoqta.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 5500 manat dəyərində qızıl-zinət və məişət əşyaları, digər evdən isə 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini A.Rüstəmov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti