Yasamalda həyətlərə və obyektlərə dolan su çəkildi - FOTO/VİDEO

20:08 - 26 Oktyabr 2022 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Yasamal rayonunda magistral su kəmərində baş vermiş qəza ilə bağlı növbəti məlumat yayıb.

Nazirlikdən Ucnoqta.az-a verilən məlumatda bildirilib ki, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən magistral su kəmərində baş vermiş qəza nəticəsində ətrafı basmış suyun çəkilib kənarlaşdırılması məqsədilə əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Görülmüş tədbirlər sayəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işi sona çatdırılıb.

 


Xəbər xətti