Dələduzluğa görə axtarışda olmuş şəxsə hökm oxunub

13:40 - 26 Oktyabr 2022 - HADİSƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda və rüşvət almaqda ittiham olunan Bəhruz Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, Bəhruz Əliyev verilmiş ittihamlarla təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayət əməlinə görə Bəhruz Əliyev bir müddət axtarışda olub. O, hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat zamanı həbs olunaraq istintaqa cəlb olunub.

Ona Cinayət Məcəlləsinin (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri üzrə ittiham verilib.

Cinayət işi ilə bağlı 22 nəfər zərərçəkmiş qismində tanınıb.


Xəbər xətti