Koronaya yoluxanların sayı açıqlandı

20:02 - 25 Oktyabr 2022 - ÖLKƏ İÇİ

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 64 yeni yoluxma faktı qeydə alınıb, 66 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 023 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 743 nəfər müalicə olunaraq sağalıb, 9940 nəfər vəfat edib, aktiv xəstə sayı 340 nəfərdir.

Ölkədə son sutka ərzində 2483, hazırkı dövrədək isə 7 309 540 test aparılıb.


Xəbər xətti