Gəncədə qadın öz evində zorlandı

18:33 - 25 Oktyabr 2022 - HADİSƏ

Gəncə şəhərində 30 yaşlı qadın zorlanıb. 

Ucnoqta.az-ın Oxu.Az-a istinadən məlumatına görə, qadın qeyri-rəsmi yaşadığı şəxs tərəfindən təcavüzə məruz qalıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov açıqlamasında bildirib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İkinci Polis Şöbəsinə 30 yaşlı qadın müraciət edərək, qeyri-rəsmi yaşadığı şəxs tərəfindən seksual xarakterli zorakılığa məruz qaldığını bildirib:

“Dərhal müvafiq araşdırmalar həyata keçirilib. Cinayət işi açılıb, məsələ Gəncə Şəhər Prokurorluğuna göndərilib. Artıq ekspertiza təyin edilib. Araşdırma nəticəsindən asılı olaraq, şəhər prokurorluğunda məsələyə hüquqi qiymət veriləcək”.

 

Xəbər xətti