Bakıda sərnişin avtobusu “Mercedes”lə toqquşdu

17:27 - 25 Oktyabr 2022 - HADİSƏ

Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşub.

Oxu.az xəbər verir ki, hadisə Sahil qəsəbəsində qeydə alınıb.

Belə ki, 164 nömrəli müntəzəm xətt üzrə hərəkətdə olan sərnişin avtobusu ilə “Mercedes-Benz” markalı minik avtomobili toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Xəbər xətti