"20 dəqiqə yol bağlayarlar?" - Əməkdar artist

17:09 - 25 Oktyabr 2022 - MAQAZİN

Əməkdar artist Əkbər Əlizadə hər gün tıxacda qalmaqdan gileylənib. 

Ucnoqta.az xəbər verir ki, aktyor bu haqda "Günün sədası" proqramında danışıb. O bildirib ki, hər səhər övladlarını məktəbə aparanda yolda dəqiqələrlə vaxt itirir:

"Məni incidən bilirsiniz nədir? Bayılda yaşayıram. "İçərişəhər" metrostansiyasının arasındakı məsafə 5 dəqiqədir. Tıxac dünyada var, qarşısını ala bilmərik. Amma Əl Oyunları Sarayının qarşısında yollar bağlanır. Uşaqları mindirirəm maşına dərsə aparım. Yol bağlanır və qalırıq orda. Baxıram camaat sükan arxasında yatır, kimi düşüb aşağı nəsə edir. 20 dəqiqə yol bağlayarlar? Əsəb, vaxt, benzin gedir. Bunun qarşılığını kim ödəyir?".

Xəbər xətti