Bakıda avtomobil 67 yaşlı qadını vurub öldürdü

17:35 - 25 Oktyabr 2022 - HADİSƏ

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Ucnoqta.az xəbər verir ki, hadisə Xəzər rayonu Buzovna qəsəbəsində qeydə alınıb. Mirzəyev Ruslan Ələm oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən 67 yaşlı Əliyeva Esmira Ağarza qızını vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər xətti