Gədəbəy sakini bədbəxt hadisə nəticəsində ölüb

09:23 - 25 Oktyabr 2022 - HADİSƏ

Gədəbəydə 41 yaşlı kişini quyu qazarkən elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə rayonun Zəhmətkənd kəndi ərazisində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü Gədəbəy rayon sakini Süleymanov Bəhruz Kərim oğlu oktyabrın 24-ü səhər saatlarında rayonun Zəhmətkənd kəndi ərazisində həyətyanı sahədə quyu qazarkən elektrik cǝrǝyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti