Şəmkirdə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
APA-nın məlumatına görə, hərəkətdə olan minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən Azər Bayramovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.