"Həyat yoldaşıma bacardığım qədər zaman ayırıram. Ana kimi üzərimə düşən bütün öhdəlikləri nəyin bahasına olursa olsun, edirəm. Şükürlər olsun ki, çatdırıram".
Ucnoqta.az bizim.media-ya istinadən bildriir ki, bu sözləri aktrisa Ülviyyə Xəlilbəyli qonaq olduğu "Sözbaz" maqazin verilişində deyib.
Son günlər həyat yoldaşı aktyor Murad İsmayılla ayrılıq xəbərləri ilə gündəmə gələn Ülviyyə açıqlaması ilə bu iddiaları yalanlayıb:
"Bəlkə, bu qədər güclü olmasaydım, ailəm çoxdan dağılmışdı. Hətta bu, evliliyimin ikinci, altınca ayında da ola bilərdi. İki aydan sonra evliliyimizin dörd ili olacaq. Dörd il ərzində əgər ailəm dağılmayıbsa, bu, mənim gücümün sayəsində olub. İnsanlar üçün kənardan baxıb, nə isə demək çox asandır. Mən bu söz-söhbətlərə artıq alışmışam. Elə şeylər var ki, onları olduğu kimi qəbul etməyə başladım, çünki qəbul etməsəydim yaşamaq çox çətin olardı. Artıq hər şeyi boş verib, öz yolumla gedirəm. Kim nə istəyir eləsin, kim nə istəyir danışsın. Artıq mənim üçün heç bir önəmi yoxdur. Son ana qədər qadın çırpınır ki, ailəsi dağılmasın. Sosial mediada haqqımda yazırlar ki, "hər şey eləmisən, toyun olub, uşaqların var. Sənə nə lazımdır? Rahat həyatın var".
Kənardakılar üçün televiziya insanlarına bu kimi şeyləri yapışdırmaq çox asandır. Amma heç bir xanım istəmir ki, ailəsi dağılsın. Əgər bu yaxşıdırsa, niyə mən bunu dağıdıb, özümə nələrsə yenidən axtarmalıyam, kəşf etməliyəm və təzədən onu qurmalıyam? İnsanlar sadəcə söz olsun deyə danışır.
Bəzi sosial şəbəkədə oturan xanımlar xoşlayırlar ürək bulandırmağı. Sevirlər aşağılamağı. Sanki belə etməklə bəyin gözündə qalxacaqlar. Amma elə deyil. Hər zaman hər bir mövzuda qadınların tərəfində olmuşam".
Qeyd edək ki, Ülviyyə-Murad cütlüyünün Fuad və Rəsul adlı iki oğlan övladı var.