AzTU-nun əməkdaşı vəfat edib

16:41 - 24 Oktyabr 2022 - HADİSƏ

Azərbaycan Texniki Universitetinin (AzTU) Ümumi şöbəsinin əməkdaşı Aygün Məmmədova uzunsürən xəstəlikdən sonra 41 yaşında vəfat edib. Aygün Məmmədova 1997-2001-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb. 2016-cı ildən AzTU-da Ümumi şöbənin kargüzarı vəzifəsində işə başlayıb. 2021-cı ildən isə həmin şöbənin mütəxəssisi kimi fəaliyyətini davam etdirib. AzTU-nun rəhbərliyi və kollektivi Aygün Məmmədovanın vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir. Allah rəhmət eləsin!

Xəbər xətti