"2021-ci il ərzində icra edilmiş məhkəmə qərarlarının sayı 29 min 334-dür. Dövlət hesabına ödənilən məbləğ isə 4 milyon 511 min 287 manat təşkil edir”.
Bu barədə dövlət hesabına həyata keçirilən hüquqi yardımla bağlı monitorinqin nəticələrinə dair ümumrespublika müşavirəsində bildirilib.
Qeyd olunub ki, Bakı şəhəri üzrə 14 min 609 qərarla 2 milyon 506 min 950 manat vəsait ödənilib: "Regionlar üzrə 14 min 735 qərarla 2 milyon 4 min 336 manat məbləğində ödənilmə təşkil edilib. Onlardan 21 min 296-sı məhkəmə qərarı əsasındadır ki, bu da 2 milyon 793 min 711 manat təşkil edir. İstintaq orqanın qərarı 8 min 848 təşkil edirsə, həmin qərarlar əsasında 1 milyon 717 min 575 manat vəsait vəkillərə ödənilib".///report