Bu ilin oktyabrın 1-nə Naxçıvan Muxtar Respublikasında 88 915 əhali abonenti təbii qazla təmin olunub.
“Report” muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verib ki, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 425 ədəd və 0,47 % azdır.
Xatırladaq ki, 2021-ci ilin 1 oktyabr tarixinə muxtar respublikada təbii qazla təmin edilmiş əhali abonentlərinin sayı 89 340 olub.
Qeyd edək ki, bu ilin oktyabrın 1-nə bütün ölkə üzrə qaz abonentlərinin sayı 2 milyon 485 mindən çoxdur. Oktyabr ayının 1-nə ölkə üzrə qazlaşdırma səviyyəsi 96,3 % təşkil edir.